AZ

Hacı Məmmədovun dəstəsinin üzvünün işi

Adam oğurluğunda ittiham olunan Abuzər Abuzərovun və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işi məhkəmə iclası keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 6-na təyin edilib.

Hüseynağa Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hüseynağa Zərbəliyev digər şəxslərlə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edib. Onlar Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum ediblər.

Seçilən
67
24
Mənbələr
Şərh ()
Bağla