AZ

Hacı Məmmədovun bandası ilə adı hallanan şəxs hakim qarşısına çıxarıldı

Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işi məhkəməsinin hazırlıq iclası keçirilib.














Ucnoqta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.






Məhkəmənin baxış iclası martın 29-na təyin edilib.






Qeyd edək ki, H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.






İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev qeyriləri ilə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edərək Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum edib.






Belə ki, o, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa - bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi daxil olub.






Təqsirləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla (vəfat edib - red.) əlaqəsinin olduğu bildirilir.///Report

Seçilən
74
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25373
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16569
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13806
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
13756
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11256
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10317
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10143
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9919
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9163
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7014
Səidə Sultan klipi üçün lüt soyundu
6818
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6107
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5862
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5465
Talıb Tale evlənir
5086
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
4837
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4445
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4110
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4066