AZ

Qırğızıstanda 5 Azərbaycan vətəndaşı həbs olundu — Sui-qəsd hazırlayıblar - VİDEO

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb. 

Herbiand.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, saxlanılanlar Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksək vəzifəli şəxsə qarşı sui-qəsd hazırlamaqda ittiham olunur. 

Onlardan Əsgərov M.O.-nun kriminal aləmdə tanınmış şəxs olması və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlməsi iddia edilib. 

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
6
herbiand.az

6Mənbələr