AZ

Qırğızıstanda 5 Azərbaycan vətəndaşı həbs olundu — Məmura sui-qəsd planı (VİDEO)

Demokrat.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış.

Onlardan Əsgərov M.O.-nun kriminal aləmdə tanınmış şəxs olması və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlməsi iddia edilib. 

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
6
demokrat.az

6Mənbələr