AZ

Boşanması müğənniyə 2 milyona başa gələcək - FOTO

Amerikalı populyar müğənni Ariana Qrande 2021-ci ildə evləndiyi və 2022-ci ildə ayrıldığı əri Dalton Qomezdən rəsmən boşanıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 3 illik evliliklərinə son qoyan 30 yaşlı Ariana və 28 yaşlı daşınmaz əmlak brokeri Dalton boşanmaq üçün ərizə verdikdən 6 ay sonra rəsmi olaraq münasibətlərini sonlandırıblar.

Qrande Qomezə boşanmaya görə təzminat ödəyəcək.
Cütlüyün evlənəndə imzaladıqları razılaşmaya əsasən, Ariana Daltona 1 milyon 250 min dollar (2 milyon manatdan çox) birdəfəlik ödəniş edəcək, Los-Ancelesdəki evinin satışından əldə olunan gəlirin yarısını ona verəcək və 25 min dollara qədər vəkillik haqqı ödəyəcək.
Billurə

Seçilən
152
46
Mənbələr
Şərh ()
Bağla