AZ

Mbappe İspaniyada ev almaq üçün nə qədər xərcləməli olacaq?

Yayda "Real"a keçəcəyi bildirilən Kilyan Mbappenin İspaniyada yeni ev almağa hazırlaşdığı bildirilir.

Valyuta.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Futbolçunun yeni evinə inanılmaz miqdarda pul xərcləyəcəyi gözlənilir.

La Liqada çempionluq uğrunda mübarizə aparan "Real"a azad agent kimi transfer olunacağı gözlənilən və son günlərdə bu vəziyyəti PSJ rəhbərliyinə çatdırdığı bildirilən Mbappenin Madriddə özünə yeni ev axtardığı deyilir.

Bəzi məşhur idmançılara İspaniyada ev tapmağa kömək edən bir pərakəndə satış qrupunun baş direktoru Lidiya Martinez, "Marca"ya açıqlamasında, futbolçunun yeni ev almaq üçün təxminən nə qədər xərcləməli olacağı haqda danışıb. O, “Mbappe məşq etmək üçün böyük bir sahə istəyir. Hansı ki, bu, Madrid şəhərinin mərkəzində mümkün deyil. Amma hər dəfə restorana getmək istəyəndə 45 dəqiqə maşın sürməklə şəhərdən kənarlaşa biləcək futbolçu da deyil. Təcrübəmə əsasən deyə bilərəm ki, belə məşhurlar adətən qiymətə baxmır. Onlar özləri üçün ideal evi tapana qədər kirayədə yaşayırlar. Təxminlərimə görə, o, ev almaq üçün 12-16 milyon avro arasında məbləğ xərcləməli olacaq. Kirayə üçün isə o, ayda 25-35 min avro ödəmək məcburiyyətindədir. İstəsə hazır ev də alar.  Ya da 2,5 il gözləyə bilər ki, torpaq alıb öz evini tiksin” - ifadələrini işlədib.

Martinez Mbappeyə Madridin kənarındakı dəbdəbəli La Moraleja bölgəsinə köçməsini təklif edib. Vinicius Junior və Mbappenin gələcək komanda yoldaşlarının bir çoxunun hazırda genişlik və məxfilik təklif edən bu ərazidə yaşadığı məlumdur. 

Mbappe ilə Madrid arasında indiyədək heç bir razılığın əldə olunmadığı açıqlansa da, 25 yaşlı oyunçunun İspaniya nəhənginə keçəcəyinin təsdiqlənməsinə az qaldığı bildirilir. 

Elmir

Seçilən
153
46
Mənbələr
Şərh ()
Bağla