AZ

Pentaqon Nigerin ABŞ-la müqavilənin ləğvi ilə bağlı bəyanatına reaksiya verib

Pentaqon Nigerin ABŞ-la əməkdaşlığı kəsməsi, o cümlədən ABŞ qoşunlarının Nigerdən çıxarılması və ya tərk edilməsi variantı ilə bağlı istənilən nəticəyə hazırlaşır.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

O xatırladıb ki, Afrika ölkəsinin hakimiyyət orqanları Nigerdəki Amerika qüvvələrinin statusu ilə bağlı razılaşmanın ləğvini yalnız ötən həftənin sonunda elan ediblər.

“Bununla belə, biz bəzi qarışıq siqnallar alırıq. Əgər ayrılmaq qərarı verilərsə <…>. Təsəvvür etdiyiniz kimi, biz həmişə müxtəlif gözlənilməz hadisələr üçün planlar hazırlayırıq. Buna görə də biz qalsaq da, getsək də planlar qurmağa davam edəcəyik”, -deyə Braun bildirib.

Seçilən
154
8
Mənbələr
Şərh ()
Bağla