AZ

Rusiya NATO-ya hücum edə bilərmi?

Rusiyanın Qərb dövlətlərinə hücumu ehtimalı Qərbin nə dərəcədə birliyindən asılı olacaq...Poliqon xəbər verir ki, bunu ABŞ-ın Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı, istefada olan general-leytenant Ben Hodces deyib."Rusiyanın dezinformasiya, kibertəhlükəsizlik və hava məkanının pozulması ilə müşayət olunan növbəti hücum səviyyəsinə keçməsi ehtimalı rusların bizim buna nə dərəcədə hazır olmadığımızdan, birləşməyəcəyimizə inanıb-inanmamasından asılı olacaq. Bu zaman eskalasiya riski artacaq", deyə Hodces qeyd edibDigər tərəfdən, onun fikrincə, Rusiya NATO-ya hücuma çox yaxşı hazırlaşmalı olacaq və münaqişənin gərginləşməsinin mümkün mənfi nəticələrini də qiymətləndirəcək."Düşünmürəm ki, onlar axmaqdırlar. Ukraynada uğur qazansalar, iki, üç, dörd ildən sonra başqa yerlərə üz tuta bilərlər. Əlbəttə, belə bir imkan var. Lakin onlar NATO-ya hücuma hazırlaşmaq üçün çox şeyi dəyişməli olacaqlar. Çünki onlar bizim lazımi cavab verə bildiyimizi düşünməlidirlər. Bəli, biz buna hazırlaşmalıyıq. Düşünmürəm ki, ABŞ Avropadan, Ukraynadan üz döndərməyincə, bu, mümkün deyil", deyə general-leytenant bildirib.Ben Hodce əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya sənaye rəqabətində qalib gəlməyə, döyüş sursatı və texniki xidmət əldə etməyə kömək etməli və eyni zamanda Rusiyanın logistikasına hücum etməlidir. Bu baş versə, Ukrayna qalib gələcək.Poliqon.info

Seçilən
162
50
Mənbələr
Şərh ()
Bağla