AZ

Xəstələnməmək üçün hər gün bolqar bibəri yeyin!

Xəstələnməmək və damarları qorumaq üçün C vitamini lazımdır. O isə limon və bolqar bibərində çoxdur...Poliqon medicina.az-a istinadən xəbər verir ki, həkim Nataliya Denisova profilaktika üçün gündə azı 1 ədəd bolqar bibəri yeməyi tövsiyə edib."Bu tərəvəz orqanizmi bakterial və virus infeksiyalarına qarşı dözümlü edir. Bibərdə olan C və PP vitamini damarların vəziyyətini yaxşılaşdırır. Orqanizmdə askorbin turşusunun çatışmazlığı yorğunluğa səbəb olur, immuniteti zəiflədir, damarları partladır, yaralar gec sağalır.100 qram bibərdə sutkalıq norma var. Bolqar bibəri kaliylə də zəngindir. O, su-duz balansını tənzimləyir. Bibər yeyənlərin təzyiqi də stabilləşir. Normada günə 1, hətta yarım bibər yemək kifayətdir. Hətta qışda istixana bibərində də C vitamini var. Bibəri sobada bişirəndə C vitamini parçalansa da, likopin və beta karotinlər artır.Bunlar da iltihab və xərçəngə qarşıdır", - N.Denisova qeyd edib.Poliqon.info

Seçilən
388
8
Mənbələr
Şərh ()
Bağla