AZ

Minifutbol çempionatı: XIV turun təqvimi açıqlanıb

Minifutbol üzrə Azərbaycan çempionatında XIV turun təqvimi müəyyənləşib.
 
Ednews-un məlumatına görə, oyunlar iki günü əhatə edəcək.
 
Martın 12-də hesabında xal olmayan “Siyəzən” yuxarı pillələrdə qərarlaşan “Odlar Yurdu” ilə üz-üzə gələcək. Ertəsi gün mərkəzi oyunda turnir cədvəlinin müvafiq olaraq 2-3-cü olan “Birbaşa Bakı” ilə “Galaxy Baku” qarşılaşacaqlar.
 
Hələ də büdrəməyən lider “Zirə” isə autsayderlər zonasında yer alan “Dinamo Gəncə”ni sınağa çəkəcək.
 
Azərbaycan çempionatı
 
XIV tur
 
12 mart
 
19:15. “Siyəzən” – “Odlar Yurdu”
 
20:30. “Baku Fire” – “Atəşgah Suraxanı”
 
21:45. “Dirçəliş” – “İnter”
 
23:00. “Aznur” – “Sumqayıt”
 
13 mart
 
19:15. “Dinamo Gəncə” – “Zirə”
 
20:30. “Birbaşa Bakı” – “Galaxy Baku”
 
21:45. “Veteran” – “Real Bakı”
 
23:00. “Abşeron” – “Turan”

Seçilən
143
14
Mənbələr
Şərh ()
Bağla