AZ

Minifutbol çempionatı: XIV turun təqvimi açıqlanıb

Minifutbol üzrə Azərbaycan çempionatında XIV turun təqvimi müəyyənləşib.Elchi.az xəbər verir ki, oyunlar iki günü əhatə edəcək.Martın 12-də hesabında xal olmayan “Siyəzən” yuxarı pillələrdə qərarlaşan “Odlar Yurdu” ilə üz-üzə gələcək. Ertəsi gün mərkəzi oyunda turnir cədvəlinin müvafiq olaraq 2-3-cü olan “Birbaşa Bakı” ilə “Galaxy Baku” qarşılaşacaqlar.Hələ də büdrəməyən lider “Zirə” isə autsayderlər zonasında yer alan “Dinamo Gəncə”ni sınağa çəkəcək.Azərbaycan çempionatıXIV tur12 mart19:15. “Siyəzən” – “Odlar Yurdu”20:30. “Baku Fire” – “Atəşgah Suraxanı”21:45. “Dirçəliş” – “İnter”23:00. “Aznur” – “Sumqayıt”13 mart19:15. “Dinamo Gəncə” – “Zirə”20:30. “Birbaşa Bakı” – “Galaxy Baku”21:45. “Veteran” – “Real Bakı”23:00. “Abşeron” – “Turan”

Seçilən
139
14
Mənbələr
Şərh ()
Bağla