AZ

Oktay Qasımov: "Bakıdakı ilk mitinq respublika rəhbərliyinin qorxaqlığını ortay çıxartdı"

Bu gün - 19 fevral 1988-ci il Azərbaycanda milli azadlıq hərəkatının başlandığı gündür.36 il əvvəl cərəyan edən həmin hadisələrin iştikaçısı, politoloq Oqtay Qasımov Adalet.az -a açıqlamasında bildirib ki, 1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert) Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirildi:"Artıq bütün sovet məkanındakı ölkələrinin televiziyaları həmin mitinqi göstərirdi. Şəhərin Lenin meydanına toplaşan erməni millətçiləri xarici havadarlarından dəstək alaraq mənfur niyyətlərini, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planlarını açıq bəyan etdilər. Əlbəttə, Azərbaycanın qeyrətli, vətənsevər oğulları ermənilərin bu bəyanatına laqeyd qala bilməzdilər və laqeyd qalmadılar. 19 fevralında  küçə və meydanlara yığılıb etiraz səsimizi ucaltdıq.Bakıda etiraz mitinqi o zamankı Kommunist Partiyası Mərkəzi Komitəsinin , indiki Prdezident administrasiyasının qarşısında keçirilirdi. Həmin mitinqdə iştirak edənlərdən biri də mən olmuşam və Xankəndidə, ümumilikdə DQMV-də baş verən hadisələrə respublika rəhbərliyinin aktiv münasibət göstərməsini tələb etmək idi. Ermənilərin sonuncu bəyanatı böyük narahatçılığımıza səbəb olmuşdu. Mitinq iştirakçıların, təşkilatçılarının Qarabağla bağlı tələbləri dəqiq dəyərləndirilmədi və o vaxtkı rəhbərliyin qorxaqlığı nəticəsində sonradan bu proseslər daha da məcradan çıxdı. Respublika rəhbərliyinin vaxtında hadisələrə müdaxilə etməməsi hamımızın bildiyi böyük fəlakətlərə səbəb oldu. Beləcə, Bakıdakı ilk mitinq respublika rəhbərliyinin qorxaqlığını ortay çıxartdı". Qeyd edək ki, o dövrün fəalları bildirir ki,  1988-ci ildə Xankəndi şəhərində keçirilən mitinqlər zamanı erməni millətçiləri öz planlarını tam həyata keçirəcəklərinə çox da ümidli deyildilər. Onlar qarşı tərəfdən kəskin tədbirlərin həyata keçiriləcəyi ehtimalını da nəzərdə tuturdular. Ancaq təəssüf ki, Azərbaycanın o dövrdəki rəhbərliyi tərəfindən bu sərt addımlar atılmadı. Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
50
adalet.az

10Mənbələr