RU

Meymunçiçəyi virusuna qarşı bir sıra tədbirlər həyata keçirilir - DGK

Bakı. Trend:

Hava limanları və digər dövlət sərhədindən buraxılışməntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayətetməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi(DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Komitədən Trend-əverilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarıəsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həminölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir.

DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq dövlətsərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusitəhlükəli infeksiyalara dair maarifləndirici təlimlər keçirilir vəson dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxmayolları və profilaktikasına xüsusi diqqət yetirilir.

Hava limanları və digər dövlət sərhədindən buraxılışməntəqələrində hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsiüçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyəşübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemiolojisorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb.Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar SəhiyyəNazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vəmüvafiq qurumlarla birgə “Azərbaycan Respublikasının gömrük-sərhədburaxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşıəks-epidemik tədbirlərə dair Təlimat”a əsasən həyatakeçiriləcək.

Избранный
31
49
az.trend.az

10Источники