RU

Amfibiya təyyarəsinin kapitanı: FHN-in qrupları Türkiyəyə dəstək üçün hazır vəziyyətdədir  

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və digər qrupları da qardaş Türkiyəyə meşə yanğınlarının söndürülməsinə dəstək vermək üçün hazır vəziyyətə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açqlamasında FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov deyib.

“Onlar da ilk çağırışda yola düşməyə hazırdırlar”, - N.Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
20
bakivaxti.az

10Источники