AZ

FHN rəsmisi: Səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik

Bu gün səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov deyib.

"Bildiyiniz kimi, qardaş Türkiyənin İzmir şəhərində meşə yanğınları baş verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 'BE-200ÇS' amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşür. Təxminən bir saat sonra təyyarəmiz İzmir hava limanında enəcək və səhər saatlarında yanğının söndürülməsinə dəstək verəcəyik", - o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
22
apa.az

10Mənbələr