RU

Avtosalon yaxınlığında partlayış: 2 avtomobil zədələnib

Yunanıstanın paytaxtı Afinada avtosalon yaxınlığında partlayış baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Nea-Eritrea rayonunda qeydə alınıb. Bu barədə “ERT-news” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, səhər tezdən naməlum motosikletli şəxslər özləri ilə gətirdikləri partlayıcı qurğu olan çantanı mağazanın yaxınlığında qoyaraq qaçıblar.

Daha sonra partlayış baş verib, nəticədə iki avtomobil zədələnib, avtosalonun şüşələri sınıb. Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib, hadisə ilə bağlı araşdırma aparılır.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
50
avtosfer.az

10Источники