RU

“Zirə” Azərbaycanın xal ehtiyatını zənginləşdirsə də, gerilədik

“Zirə” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatını zənginləşdirib.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Osiyek” komandasına qarşı keçirdiyi cavab oyununda penaltilərlə qalib gəldi.

Bakıdakı görüşün əsas vaxtı heç-heçə bitdiyi üçün, “Zirə”nin qazancı 0,125 reytinq xalı olub. Bir sözlə, bu heç-heçə sayəsində ölkə reytinqinə 0,125 xal əlavə edilib.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 2.125 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən digər klublardan “Sumqayıt” reytinqə 0,125, “Sabah” isə 0,250 ballıq töhfə verib. Bu iki klubun artıq avrokuboklarda mübarizəni dayandırdığını da qeyd edək. “Qarabağ”ın qazancı 0,750 xaldırsa, ən böyük fayda “Zirə”dəndir – 1,000 xal!

Son 5 mövsümdəki ümumi əmsalı 18.875-ə çatan Azərbaycan reytinq cədvəlində geriləyib və hazırda 26-cı pillədə qərarlaşıb. “Zirə”nin son qazancına baxmayaraq, Azərbaycan bir pillə geriləyib. Bizdən öncə 18,975 xala malik Kipr qərarlaşıb. 27-ci pillədə isə 18.375 xala malik Bolqarıstan var.

Reytinq cədvəlinə yenə İngiltərə (89,160) başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73.989) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,660) dördüncü, Fransa (57,950) isə beşinci sıradadır. Türkiyə 35,300 balla 10-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Избранный
83
2
arena.az

10Источники