RU

Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə nə qədər vəsait xərclənib?

2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.

Hurriyyet.az xəbər verir ki, "APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.

Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.

 

 

 

 

 

Azad edilmiş rayonlar

2023-cü ilin I yarısı Min manat

2024-cü ilin I yarısı Min manat

 

Kəlbəcər

344 611,7

438 462,2

 

Ağdam

134 678,8

308 519,5

 

Laçın

328 972,3

242 400,4

 

Şuşa

154 999,2

240 303,7

 

Füzuli

314 737,7

226 459,3

 

Zəngilan

155 769,7

202 507,7

 

Qubadlı

67 651,6

173 711,6

 

Cəbrayıl

138 505,2

165 735,3

 

Xocavənd

34 603,7

26 590,8

 

Xocalı

38,1

24 737,9

 

Xankəndi

 

6 930

Избранный
75
23
hurriyyet.az

10Источники