RU

İsrail ordusunun hücumları nəticəsində həlak olanların sayı 40 mini keçib

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 40 mini keçib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 314 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 40 fələstinlinin həyatını itirdiyi, 107 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 40 005-ə, yaralıların sayının isə 92 401 nəfərə yüksəldiyi qeyd edilib.



Избранный
130
10
trt.net.tr

10Источники