RU

Peşə təhsilinə maraq ARTIB – Abituriyentlər daha çox hansı peşəni SEÇİRLƏR?

Son illər peşə təhsilinə maraq artıb. Bunu peşə təhsilinə qəbul olanların və hər il artırılan plan yerlərinin sayında görmək mümkündür.

Bu il peşə təhsili üzrə tələbə qəbulu 30 min 960 plan yeri üzrə aparılır. Bu, 84 peşə təhsil müəssisəsini və 136 ixtisası əhatə edir. Yerlərdən 23 min 185-i dövlət sifarişli, 7775-i isə ödənişlidir. Avqustun 12-də 2024/2025-ci tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.
 

MÖVZU İLƏ BAĞLI:

Peşə məktəbləri üçün dərsliklər HAZIRLANACAQ 


Hazırda bərbər, aşpaz, avtomobil ustası, dülgər, dərzi hər gün ehtiyac duyduğumuz peşələrdir. Ən azı ayda bir dəfə bu xidmətlərdən istifadə edirik və bunun üçün də peşəkar, işini bilənlərə üz tuturuq.

Maraqlıdır ki, bu il tələbələr hansı peşələri daha çox seçiblər?

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ən çox müraciət olunan 10 ixtisas arasında aşpaz ilk yerdədir:

“Ən çox müraciət olunan 10 ixtisas bunlardır: aşpaz, bərbər-vizajist-manikürçü, əməliyyatçı-mühasib, qrafik dizayner, mühasibat uçotu, elektrik qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı və dərzi”.

Günay Şahmar, Bizim.Media 

Избранный
92
50
bizim.media

10Источники