AZ

Bu il peşə məktəblərinə nə qədər qəbul yeri ayrılıb? - Rəsmi CAVAB

Hazırda ali məktəblərə qəbul prosesi gündəmdir. Cari il ölkə tarixində ən çox tələbənin ali təhsil müəssisəsinə qəbul olduğu il olaraq qeydə alınıb.

Son illər ölkədə peşə təhsilinə də maraq artmaqdadır. 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, 2023-2024-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsindən 15 199 tələbə məzun olub:

“Məzun olan tələbələrdən 1354 nəfər ilk peşə təhsili səviyyəsi, 13562 nəfər texniki peşə təhsili səviyyəsi, 283 nəfər yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb”.

Agentlikdən verilən məlumata görə, 2024/2025-cü tədris ili üzrə 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri ayrılıb.

Seçilən
57
50
modern.az

10Mənbələr