RU

"Zirə" və "Sabah" cavab oyununa çıxır - Konfrans Liqası

Azərbaycanın Konfrans Liqasındakı təmsilçiləri "Sabah" və "Zirə" bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq.

Prosport.Az xəbər verir ki, "Sabah" Masazırda İrlandiyanın "Sent-Patriks" klubunu qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" isə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək görüşün start fiti saat 20:30-da səslənəcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab görüşləri

15 avqust

20.30. "Zirə" - "Osiyek" (Xorvatiya)

Baş hakim: Xulian Veynberqer (Avstriya).

Mərdəkan, "Dalğa Arena".

20:30. "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya)

Baş hakim: Marsel Birsan (Rumıniya).

Masazır, "Bank Respublika Arena".

Qeyd edək ki, "Zirə" ilk görüşdə Xorvatiya klubu ilə heç-heçə (1:1) edib. "Sabah" isə İrlandiyada rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Избранный
111
11
prosport.az

10Источники