UEFA Avropa Liqası və Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin 3 oyunu keçirilib.
Futbolinfo.az saytının məlumatına görə, bu matçlar ölkələrin UEFA reytinqində dəyişikliyə səbəb olmayıb.
Dünən təmsilçiləri oyun keçirməyən Azərbaycan 25-ci pillədə qalıb. Ölkəmiz İsveçlə eyni (18,750) əmsala malik olsa da, cari mövsümdə toplanan xallara görə adıçəkilən komandadan geri qalırıq. 23-cü sıradakı Slovakiyanın isə 18,875 xalı var.
Bir sözlə, bu gün Konfrans Liqasında “Sabah” və “Zirə” qələbə qazansa, Azərbaycan reytinqdə 2 pillə irəliləyə bilər. Bu mövsüm topladığımız xal sayı 2,000-yə bərabərdir.
İngiltərə 89,160 əmsalla liderliyini qoruyur. İtaliya 2-ci (79,106), İspaniya 3-cü (73,989) pillədədir.