Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2024-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 22 milyard 584,9 milyon manat vəsait daxil olmuşdur.
Bu barədə Marja.az 2024-cü ilin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir.
Büdcədən 19 milyard 458,4 milyon manat vəsait xərclənmişdir. Büdcənin icrasında 3 milyard 126,5 milyon manatlıq profisit (artıqlıq) yaranmışdır.