RU

İngiltərə yığmasında müvəqqəti məşqçi

İngiltərə yığmasında baş məşqçi problemi qismən həllini tapıb. Komandaya müvəqqəti məşqçi təyin olunub.

Qaret Sautqeytin bu yay Almaniyada keçirilən qitə çempionatından sonra istefaya yollanması İngiltərə Futbol Assosiasiyası (İFA) üçün ciddi problem yaradıb. Artıq onun yerini tutacaq mütəxəssisin kimliyi məlum olub. Li Karsli baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək. İngiltərənin gənclərdən ibarət komandasının çalışdırıcısı ölkənin əsas komandasına təyinat alıb. Yerli mənbələr İFA-nın baş məşqçi postuna namizəd axtarışını davam etdirdiyini xəbər verib. Görünür, ölkə futbolunun başbilənləri komandanı son iki Avropa çempionatının finalına çıxaran Sautqeytə layiqli xələf tapmaqda çətinlik çəkirlər.

Xatırladaq ki, AÇ-2024-ün finalında İspaniyaya uduzan (1:2) milli komanda sentyabrda Millətlər Liqasında İrlandiya və Finlandiya ilə qarşılaşacaq. İngiltərə yığmasının B liqasının 2-ci qrupundakı digər rəqibi Yunanıstandı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
106
4
football-plus.az

10Источники