AZ

“Qarabağ” bunu 3-cü dəfə bacardı

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünə iki böyükhesablı qələbə ilə başlayıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk turda “Araz-Naxçıvan”a 4:1, 2-ci turda isə “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.

Ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyükhesablı qələbə qazanıb.

“Qarabağ” bunu üçüncü dəfə bacarıb. 1993/1994 və 2003/2004 mövsümlərində də oxşar ssenari yaşanıb.

2000/01 mövsümündə “Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqilə qalib gəlib.

Sonuncu belə start isə 2008/2009 mövsümündə gerçəkləşib. 16 il əvvəl “Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
4
arena.az

10Mənbələr