Rusiya prezidenti Vladimir Putin Novo-Oqarevodakı iqamətgahında Fələstin lideri Mahmud Abbasla danışıqlara başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki,tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək, həmçinin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və Qəzza zolağında görünməmiş humanitar fəlakət fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.