RU

Hindistan sualtı gəmilərinin sayını ARTIRIR

“Çin və Hindistan hər sahədə olduğu kimi sualtı gəmilərin sayına görə də bir-biri ilə rəqabət aparır”.

 

Sfera.az bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin məlumatında qeyd olunub.

 

Mərkəzin məlumatına görə, Çin keçmiş illərdə silahlı qüvvələrini gücləndirərkən hərbi-dəniz donanmasının inkişafına o qədər də diqqət yetirməyib. 

 

“Pekin 2000-ci illərdən başlayaraq bu sahəyə diqqətini artırıb. Çinin hazırda 50-yə yaxın sualtı gəmisi var. Buna baxmayaraq, Çin sualtı gəmilərin idarə olunmasında problemlərlə üzləşib. Keçən il yayılan xəbərə görə, Çinin sualtı gəmilərindən biri batıb. Nəticədə gəmidə olan 55 nəfər oksigen çatışmazlığı səbəbindən həlak olub. Çin bu hadisəni gizli saxlamağa çalışsa da, Britaniya kəşfiyyatı hadisə ilə bağlı məxfi məlumatı ələ keçirərək yayıb. Hindistan isə sualtı gəmilərin inşasında qonşusundan geri qalmaq istəmir. Hindistan 2035-ci ilə qədər 175 hərbi gəmi və sualtı gəmi inşa etməyi planlaşdırır. “The Economic Times” dərgisinin yazdığına görə, Hindistan 2047-ci ildə müstəqlliyinin 100 illiyi üçün hərbi gəmilərlə özünü tam təmin etməyi hədəfləyib”.

 

Qeyd olunub ki, Hindistan Müdafiə Nazirliyinin sifarişi ilə müxtəlif gəmiqayırma zavodlarında onlarla hərbi gəmi inşa edilir:

 

“Hindistanın sualtı gəmiləri Qərb ölkələrinin texnologiyaları və onlarla əməkdaşlığı sayəsində inşa edilir. Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus “Mazagon Dock Limited” şirkəti (MDL) altı sualtı gəminin təkmilləşdirilməsi üzrə işlərini davam etdirir. Təkmilləşdirmə sayəsində sualtı gəmilər suyun altında daha uzun müddət qala biləcəklər. Bu sualtı gəmilər ballistik raketlərlə təhciz ediləcək. Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər sınaqların və təkmilləşdirmələrin son mərhələsindədir. Suatlı gəmilərin yaxın aylarda istismara veriləcəyi açıqlanıb. Beləliklə, bölgədə müxtəlif dövlətlərin hərbi gəmiləri ilə yanaşı, sualtı gəmilərinin də sayı artacaq”.

 

Türkan 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
33
sfera.az

10Источники