RU

İran bir neçə gün ərzində İsrailə hücum edəcək?

İsrail kəşfiyyat xidmətləri hesab edir ki, İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri iki mənbəyə istinadən məlumat verib.

"İsrail kəşfiyyat agentliklərinin yenilənmiş qiymətləndirməsinə əsasən, İran Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib və bu, 15 avqustda baş tutacaq girov danışıqlarından bir neçə gün əvvəl baş verə bilər", o, “X”də yazıb. .

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
109
19
ikisahil.az

10Источники