RU

Paris-2024 Azərbaycan üçün bitdi: Neçə medal qazandıq? (SİYAHI)

Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

"Report"un məlumatına görə, 48 idmançıdan 7-si medal qazanıb.

Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.

Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da idmançımız üçüncü bürünc medalı Azərbaycana qazandırıb.

Ümumilikdə 7 medal qazanan idmançıların siyahısı:

Cüdo: Hidayət Heydərov (73 kq) - qızılZelim Kotsoyev (100 kq) - qızıl

Boks: Alfonso Dominges (92 kq) - gümüş

Taekvondo: Qaşım Maqomedov (58 kq) - gümüş

Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) - bürünc

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) - bürünc

Maqomedxan Maqomedov (97 kq) - bürünc

Medal qazana bilməyənlər:

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi), Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Bədii gimnastikaZöhrə Ağamirova

Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

Batut gimnastikasıSelcan Maqsudova

Sərbəst güləşƏliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq)

Yunan-Roma güləşiMurad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)

Qadın güləşiMariya Stadnik (50 kq)

AtletikaAnna Skidan, çəkicatma

BoksNicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq)Məhəmməd Abdullayev (+92 kq)

AtıcılıqRuslan Lunyov (10 m, pnevmatik tapança)

BasketbolQadın yığması, 3x3 növü

AvarçəkməDiana Dımçenko, (2000 m, akademik avarçəkmə)

TriatlonRostislav Pevtsov

QılıncoynatmaAnna Başta, (sablya)

Kamandan oxatmaYaylagül Ramazanova

ÜzgüçülükMəryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə

CüdoBalabəy Ağayev (kişilər, 60 kq), Yaşar Nəcəfov (kişilər, 66 kq), Zelim Tçkayev (kişilər, 81 kq), Elcan Hacıyev (kişilər, 90 kq), Uşanqi Kokauri (kişilər, +100 kq), Leyla Əliyeva (qadınlar, 48 kq), Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
99
45
turanpress.com

10Источники