Bakıxanov qəsəbəsində mazutluq ərazidə yanğın olub
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində mazutluq ərazidə yanğın olub.
Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.