AZ

Tovuzda zəncirvari QƏZA: Xəsarət alanlar var

Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan iki VAZ-2107, bir “Toyota” və bir VAZ-21011 markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində qəzaya baxan bir neçə nəfəri hərəkətdə olan digər avtomobil vurub.

Xəsarət alanlar 1992-ci il təvəllüdlü R.Həsənov, 1992-ci il təvəllüdlü K.Tağıyev, 1991-ci il təvəllüdlü F.Tağıyev, 1991-ci il təvəllüdlü C.Əliyev, 1984-cü il təvəllüdlü S.Mehdiyev və 2019-cu il təvəllüdlü M.Dəmirzadədir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
4
medianews.az

10Mənbələr