RU

Laçında 150 nəfər müayinədən keçirilib (FOTO)

Bakı. Trend:

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramıçərçivəsində Səhiyyə Nazirliyi vətəndaşlar arasında müxtəlif tibbimüayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətindəmaarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Trend xəbər verir ki, növbəti belə tədbir avqustun 9-da baştutub.

Nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediyaİnstitutunun tibb heyəti tərəfindən Laçın şəhərində sakinlərinmüayinələri aparılıb.

Tədbirin əsas məqsədi Laçın rayonunda yaşayan vətəndaşlarınsağlamlıq vəziyyətinin qiymətləndirilməsi və ehtiyac olduqda,müalicə və reabilitasiya tədbirlərinin həyata keçirilməsidir. Eynizamanda, zədələrin, qırıq və çıxıqların diaqnostikası vəaşkarlanması, travma və zədələr nəticəsində yaranan problemlərinaradan qaldırılması üçün dərhal tibbi müdaxilə və müalicətədbirlərinin təmin edilməsidir.

Bundan əlavə, posttravmatik reabilitasiya proqramlarının tətbiqiilə vətəndaşların funksional imkanlarının bərpa olunması və həyatkeyfiyyətinin artırılması, əhalinin travmatoloji zədələrdənqorunması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vəgələcəkdə belə problemlərin qarşısının alınması məqsədinidaşıyır.

Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərəpeşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyinolunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütünnöv travmatoloji və ortopedik xəstəliklərin diaqnostikasıaparılıb.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim vəfizioterapevtləri tədbir iştirakçılarına sağlamlıqlarının tez vəeffektiv şəkildə bərpasına nail olmaq üçün öz tövsiyələriniveriblər.
Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.

Laçında
Laçında
Laçında
Laçında
Laçında
Laçında
Laçında
Məqalədə:
Избранный
28
10
az.trend.az

10Источники