RU

"Kursk vilayətinin zərər çəkmiş sakinləri 10 min rubl ödəniş alacaqlar"

...Rusiya lideri Vladimir Putin bildirib ki, Kursk vilayətinin bütün zərər çəkmiş sakinləri on min rubl birdəfəlik ödəniş alacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovla videokonfrans zamanı bildirib.

...Biz bu yaxınlarda baş nazir Mixail Mişustinlə danışdıq. Ehtiyacı olan vətəndaşlara on min rubl birdəfəlik ödəmənin edilməsi barədə qərarın verildiyini güman edəcəyik. Və onlar üçün lazımi resurslar göndəriləcək.

Bunu Rusiya dövlətinin başçısı qeyd edib.

Putin onu da vurğulayıb ki, regiondakı mövcud vəziyyət Smirnovdan təkcə praktiki biliklər deyil, həm də cəsarət, soyuqqanlılıq, qeyri-adi problemlərin həllinə yanaşma tapmaq bacarığı tələb edir.

...Bu dəfə rusların yazdığına görə, Kursk vilayəti Ukrayna Silahlı Qüvvələrindən kütləvi atəşə məruz qalıb. Son məlumatlara görə, hücum nəticəsində beşi azyaşlı olmaqla 34 nəfər yaralanıb.

Əli Babayev

Избранный
281
2
sia.az

10Источники