RU

Peşə təhsilinə müraciət edənlərin sayı 21 mini keçdi

Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı ilk 10 gün ərzində maraq rekord səviyyəyə çatıb.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, prosesin ilk 10 günü ərzində 21151 nəfərdən 67318 müraciət daxil olub. Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

 

2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılır.  Bu yerlərdən 23 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Son müraciət tarixi 12 avqust 18:00-dır.

Избранный
74
50
azedu.az

10Источники