RU

Bakıda gənc qız itkin düşdü - FOTO

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Zeynəb Şərifova iyulun 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə 7News.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, onun boyu 155 sm, arıq bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qəhvəyidir.

"Zeynəb Şərifovanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti -Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə, o cümlədən 14-cü Polis Şöbəsinə (012) 455-02-02 şəhər və 055- 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.

7News.Az
Избранный
73
34
7news.az

10Источники