RU

İki il əvvəl Laçında itkin düşmüş hərbçi Fərid Məmmədov Quzanlı Şəhidlər xiyabanında dəfn edilib - FOTO - YENİLƏNİB

2022-ci il martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonunun Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn edilib.

APA-nın yerli müxbiri xəbər verir ki, insan izdihamı yaşanan dəfn mərasimi Azərbaycan ordusunun hərbi qulluqçuların yaylım atəşi ilə icra olunub.

Hərbçinin tabutunun büküldüyü Azərbaycan bayrağı onun atasına təhvil verilib. Fərid Məmmədovun ruhuna dualar, dərin ehtiram bildirilib.

Məzarın önünə əklil və gül dəstələri düzülüb.

***

12:15

2022-ci il martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu ilə Ağdamda vida mərasimi keçirilir.

APA-nın yerli müxbirinin xəbərinə görə, vida mərasimi Ağdam Dövlət Dram Teatrının binasının qarşısında baş tutan mərasimdə şəhidin doğmaları, şəhid ailəsinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Şəhid Quzanlı şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən həlak olublar. Onların nəşinin qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.

İki İki İki İki İki İki İki İki İki İki İki
Избранный
60
7
apa.az

10Источники