RU

“Kənd Turizminin İnkişafına Dəstək ” layihəsi çərçivəsində Qusarda növbəti görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin “Kənd Turizminin İnkişafına Dəstək” layihəsi çərçivəsində 07avqust 2024-cü ildə Qusar rayonunun Urva kəndində yerləşən Mədəniyyət Klubunda növbət maarifləndirici görüş keçirilib.

Maarifləndirici görüşdə layihənin işçi qrupunun üzvləri, Qusar rayon Urva kənd sakinləri iştirak edirdi. Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini Sənan Əlibəyov tədbir iştirakçılarını salamladıqdan sonra sözü, layihənin eksperti Taleh Əliyevə verdi. Taleh Əliyev layihə haqqında məlumat verərək bildirdi ki, kənd turizmi inkişaf etmiş ölkələrdə daha çox təşəkkül tapıb. Layihənin məqsədi bu qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqini təşviq etməkdir.Bu layihə çərçivəsində kənd turizminin inkişaf potensialı olan regonlarda tədbirlər təşkil etməkdə məqsədimiz turizmin bu sahəsinində ölkəmizdə daha geniş təşəkkül tapmasına Azərbaycan vətəndaş cəmiyyətinində töfəsini verməkdir. Daha sonra çıxış edən kənd sakinləri Arif müəllim və Sara xanım çıxış edərək Urva kəndində turizmin inkişafı üçün potensial imkanları barədə geniş məlumat verdilər.

Daha sonra layihənin eksperti Taleh Əliyev kənd sakinlərinin suallarını cavablandırdı.Tədbirin sonunda təkrar çıxış edən Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini Sənan Əlibəyov bildirdi ki, ölkəmizdə iqtisadiyyatın digər sahələrində olduğu kimi turizm sektoruda inkişaf edir:

"Bu gün turizm sektoru müxtəlif istiqamətlər üzrə ekoturizm, kənd turizmi və s. üzrə inkişaf edir. Bizim layihəmizin də məqsədi kənd turizmi ilə bağlı maarifləndirmə tədbirlərini təşkil etməkdir.Bu günki tədbirimizdə göstərdiki belə maarifləndirici görüşlərə böyük ehtiyac var. Buna görədə mən fürsətdən istifadə edərək bir daha Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Qusar rayon İcra Hakimiyyətinə, Urva kənd icra nümayəndəliyinə və Urva kənd bələdiyyəsinə öz dərin təşəkkürümü bildirirəm. Gələcəkdə Urvada kənd turizminin inkişafı üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi qərara alındı".

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
6
cebheinfo.az

7Источники