AZ

“Kənd Turizminin İnkişafına Dəstək ” layihəsi çərçivəsində Xızı rayonunda növbəti görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin “Kənd Turizminin İnkişafına Dəstək” layihəsi çərçivəsində 20 avqust  2024-cü ildə Xızı rayonunun Altıağac  kəndində yerləşən  tam orta məktəbdə növbəti maarifləndirici görüş keçirildi.

Herbiand.az xəbər verir ki, görüşdə layihənin işçi qrupunun üzvləri, Xızı rayon Altıağac kənd sakinləri iştirak edirdi.

Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini Sənan Əlibəyov tədbir iştirakçılarını salamladıqdan sonra sözü, layihənin eksperti Taleh Əliyevə verdi. Taleh Əliyev layihə haqqında məlumat verərək bildirdi ki, kənd turizmi inkişaf etmiş ölkələrdə daha çox təşəkkül tapıb. Layihənin məqsədi bu qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqini təşviq etməkdir. Layihə çərçivəsində kənd turizminin inkişaf potensialı olan regonlarda tədbirlər təşkil etməkdə məqsədimiz turizmin bu sahəsinin ölkəmizdə daha geniş təşəkkül tapmasına Azərbaycan vətəndaş cəmiyyətinin də töhfəsini verməkdir.

Daha sonra çıxış edən kənd İcra nümayəndəsinin müavini Rəşad müəllim və bələdiyyə sədri Orxan müəllim çıxış edərək Altıağac kəndində turizmin inkişafı üçün potensial imkanlar barədə geniş məlumat verdilər.  

Görüşdə layihənin eksperti Taleh Əliyev  kənd sakinlərinin suallarını cavablandırdı.

Tədbirin sonunda Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini Sənan Əlibəyov bildirdi ki, ölkəmizdə iqtisadiyyatın digər sahələrində olduğu kimi turizm sektoruda inkişaf edir. Bu gün turizm sektoru müxtəlif istiqamətlər üzrə ekoturizm, kənd turizmi və s. üzrə inkişaf edir. Layihənin məqsədi də kənd turizmi ilə bağlı maarifləndirmə tədbirlərini təşkil etməkdir. Qeyd etdi ki, bu günkü tədbir də belə maarifləndirici görüşlərə böyük ehtiyac olduğunu bir daha göstərdi. Sənan Əlibəyov onlara yaradılan bu imkana görə bir daha Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Xızı rayon İcra Hakimiyyətinə, Altıağac kənd icra nümayəndəliyinə və Altıağac kənd bələdiyyəsinə öz təşəkkürünü bildirdi. Görüşdə həmçinin gələcəkdə Altıağac kənd turizminin inkişafı üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi qərara alındı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
6
qaziler.az

7Mənbələr