Polis İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıb. Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, axtarış “Lahav-433” xüsusi təyinatlı dəstəsinin dələduzluqla mübarizə şöbəsinin müstəntiqləri tərəfindən bir neçə həftə əvvəl başlanmış gizli araşdırma çərçivəsində aparılıb. İddiaya görə Nazilriyin vəzifəli şəxsləri hüququ olmayan şəxslərə qeyri-qanuni diplomatik pasportlar veriblər. Polisdən bildiriblər ki, axtarış zamanı müxtəlif sənədlər götürülüb.