AZ

İsrail Xarici İşlər Nazirliyinin qərargahında axtarış aparıldı: Nə baş verir?

Polis İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu, Lahav-433 xüsusi təyinatlı dəstəsinin dələduzluqla mübarizə şöbəsinin müstəntiqləri tərəfindən bir neçə həftə əvvəl başlanmış gizli araşdırma çərçivəsində edilib.

İstintaq hüququ olmayan şəxslərə diplomatik pasportların verilməsində şübhələr olduğu üçün aparılır. Polisdən bildiriblər ki, axtarış zamanı müxtəlif sənədlər götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
1
publika.az

10Mənbələr