RU

Paris-2024: Həsrət Cəfərov yarımfinalda - FOTO

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
 
Moderator.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.
 
Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

 

 

 
Azərbaycan güləşçisi Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına misirli rəqibi Mohamed Əssayed üzərində inamlı qələbə qazanaraq start verib.
 
Moderator.az xəbər verir ki, rəqibini 9:0 hesabı ilə məğlub edən 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 1/4 final mərhələsinə yüksəlib.
 
Qeyd edək ki, bu gün digər güləşçimiz Rafiq Hüseynov da döşəyə çıxacaq.
 
 
 
 
Избранный
21
3
moderator.az

4Источники