Azərbaycan güləşçisi Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına misirli rəqibi Mohamed Əssayed üzərində inamlı qələbə qazanaraq start verib.
Moderator.az xəbər verir ki, rəqibini 9:0 hesabı ilə məğlub edən 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, bu gün digər güləşçimiz Rafiq Hüseynov da döşəyə çıxacaq.