RU

Qazaxda ilk dəfə olaraq laporoskopik əməliyyat icra olunub » Medical Media


TƏBİB region xəstəxanalarında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayının və keyfiyyətinin artırılması, o cümlədən bu günədək yalnız paytaxtda icra olunun cərrahi əməliyyatların bölgə xəstəxanalarında da icra olunması istiqamətində yenilikləri davam etdirir.

Qazax Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə həyata keçirilən laporoskopik əməliyyat uğurla başa çatıb.

Cərrahi əməliyyat xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Bünyamin Abbasəliyev tərəfindən icra olunub. 41 yaşlı pasiyent üzərində həyata keçirilən laporoskopik xolesistektomiya (qapalı üsulla öd kisəsinin xaric edilməsi) əməliyyatından sonrası pasiyent dinamik nəzarət məqsədilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, sözügedən əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.
Избранный
64
6
medicalmedia.az

7Источники