RU

Bu ərazidə yaşayan vətəndaşların DİQQƏTİNƏ! - RƏSMİ XƏBƏRDARLIQ

Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qısamüddətli (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.  

Избранный
158
49
day.az

10Источники