AZ

Dağlıq və dağətəyi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Korrespondent.az-a verilən məlumata görə, yağıntıların bəzi yerlərdə - Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Seçilən
93
49
korrespondent.az

10Mənbələr