1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Banqladeşdə etirazçılar ölkə parlamentinin binasına basqın ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, onlar baş nazirin iqamətgahını dağıdıb, ölkənin qurucusu Şeyx Mucibur Rəhmanın heykəlini sındırıb və muzeyini yandırıblar.
Nümayişçilər həmçinin hakim partiyanın ofisinə daxil olublar.