RU

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşib

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Püşkatma zamanı “Qarabağ”ın hər iki turnirdəki potensial rəqibi müəyyənləşib.
Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış edəcək Azərbaycan təmsilçisi Bolqarıstanın komandası “Ludoqorets”i üstələyərsə, bu turnirin növbəti raundunda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq. “Qarabağ” – “Ludoqorets” duelinin qalibi ilk görüşünü səfərdə keçirəcək.
“Qarabağ” “Ludoqorets”ə məğlub olarsa, Avropa Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək və rəqibi “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi olacaq. “Qarabağ” – “Ludoqorets” cütünün məğlubu ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 22-də və 29-da keçiriləcək.
Избранный
48
1
affa.az

2Источники