RU

"Qarabağ"ın hücumçusu Messini qabaqladı

2024-cü ilin ən yaxşı bombardirləri açıqlanıb.

Prosport.Az xəbər verir ki, İFFHS-in cədvəlində milli və klub səviyyəli bütün turnirlərdə ən çox qol vuranlar yer alıb.

“Qarabağ”ın futbolçusu Olaviu Juninyu da cədvələ daxil edilib. 2024-cü ilin arxada qalan 7 ayında 19 qol vuran braziliyalı hücumçu dünyada 26-cıdır. O, Premyer Liqada 7, ölkə kubokunda 5, avrokuboklarda 7 dəfə fərqlənib.

Olavio 7 ay ərzindəki qol sayında argentinalı Lionel Messini də qabaqlayıb. Cənubi amerikalı 17 qolla 48-cidir. İFFHS-in cədvəlində yer alan Lautaero Martines, Robert Levandovski, Lük de Yonq, Pyer-Emerik Obameyanq, Fil Foden kimi ulduzlar da daha aşağı sıralardadır.

Qeyd edək ki, siyahıya Braziliya millisinin və “Flamenqo”nun hücumçusu Pedro başçılıq edir. O, 28 qola imza atıb.

Избранный
35
9
prosport.az

10Источники