AZ

“Qarabağ”ın hücumçusu Messini qabaqladı

2024-cü ilin ən yaxşı bombardirləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, İFFHS-in cədvəlində milli və klub səviyyəli bütün turnirlərdə ən çox qol vuranlar yer alıb.

"Qarabağ"ın futbolçusu Olavio Juninyo da cədvələ daxil edilib. 2024-cü ilin arxada qalan 7 ayında 19 qol vuran braziliyalı hücumçu dünyada 26-cıdır. O, Premyer Liqada 7, ölkə kubokunda 5, avrokuboklarda 7 dəfə fərqlənib.

Olavio yeddi ay ərzindəki qol sayında argentinalı Lionel Messini də qabaqlayıb. Cənubi amerikalı 17 qolla 48-cidir. İFFHS-in cədvəlində yer alan Lautaro Martines, Robert Levandovski, Lük de Yonq, Pyer-Emerik Obameyanq, Fil Foden kimi ulduzlar da daha aşağı sıralardadır.

Qeyd edək ki, siyahıya Braziliya millisinin və "Flamenqo"nun hücumçusu Pedro başçılıq edir. O, 28 qola imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
28
9
bizim.media

10Mənbələr